Türkiyənin 10-a yaxın ən tanınmış universiteti Bakıda öz təhsil qurumlarına birbaşa sənəd qəbulu həyata keçirəcək.
“Akademi Türkiyə Unviersitetləri Sənəd Qəbulu və Tanıtım Günləri” çərçivəsində tələbələr ali təhsil ocaqlarına birbaşa müraciət edə biləcəklər. Eyni zamanda, tələbələr Bakıda imtahan keçirəcək universitetlərin imtahanlarına da yazıla biləcəklər. Bunun üçün tanıtım günlərinə gələnlərdən, bakalavr namizədlərindən attestat, 9-10-11-ci siniflərin illik yekun qiymətləri, pasport/şəxsiyyət vəsiqəsi, şəkil tələb olunacaq.