Modern.az

İlqar Məmmədov: "Azərbaycanda çap mediası yox vəziyyətinə düşüb"

İlqar Məmmədov: "Azərbaycanda çap mediası yox vəziyyətinə düşüb"

Təhsil

6 Avqust 2012, 16:37

“REAL” TV-nin gələcəyi varmı?

Mətbuatın hazırkı durumunu hər kəs bir cür qiymətləndirir. Ziyalılarımızı isə medianın bugünkü vəziyyəti demək olar ki, qane etmir. Modern.az-a açıqlamasında medianın hazırkı durumunu dəyərləndirərkən deputat Sabir Rüstəmxanlı deyib ki, mətbuatın dilində ciddi problemlər yaşanır:

“Azərbaycan mətbuatı şübhəsiz ki, müstəqillik  əldə olunandan sonra, 20 ildə xeyli inkişaf edib.  Vaxtı ikən mən “Azərbaycan” qəzeti buraxırdım,  o qəzetdə həm tarix, həm siyasət, sosioloji məsələlər, Qarabağ  məsələsi yer alırdı, bir sözlə, hər şeydən yazırdıq. Amma indi mətbuat ixtisaslaşıb. Hər sahənin öz mətbuatı var. Hətta dırnaqarası o qədər inkişaf etmişik ki, “sarı mətbuat” da inkişaf edib”.

Deputat qeyd edib ki, hazırda yazı mədəniyyəti, yazı keyfiyyəti ildən-ilə artır, amma yenə də Azərbaycan jurnalistikasının ən böyük problemi  – jurnalistikanın peşəkarlığı aşağı səviyyədədir.  “Senzura yoxdur, bütün məsuliyyət redaktorun boynundadır. Bəzən redaktorlar materialı oxumayıb, verirlər, amma korrektura yoxdur, dilə böyük bir sayğısızlıq var. Hansı qəzeti alırsan al, onun iki səhifəsini oxumaq kifayətdir ki, orada onlarla dil qanununun pozulması, dilçiliyin  zəifliyini görürsən. Orfoqrafiya bilinmir, terminologiya zəifdir. Cəmiyyətin, xalqın bütövlüyünə, gücünün birləşməsinə xidmət edən, həmrəylik ruhunu aşılayan yazılar azdır. Əksinə, mətbuat cəmiyyəti parçalamağa, düşmənçilik mövqeyinin yaradılmasına xidmət edir. Təəssüf ki, bu gün  mətbuat kim pul verirsə, ona xidmət edir. Ayrı-ayrı  partiyalara, zümrələrə, pullu adamlara, təsisçilərə xidmət edir. Bu gün təsisçi var ki, onun mətbuatdan xəbəri yoxdur, amma onun pulu varsa, hökmən qəzeti olmalıdır. Kimə istəyir, daş atır”, – deyə S. Rüstəmxanlı bildirib.

“REAL” Hərəkatının həmsədri İlqar Məmmədov da mətbuatın hazırkı vəziyyətini şərh edib:

“Azərbaycanda çap media demək olar ki, yox vəziyyətinə düşüb.  Bütün dünyada belədir ki, qəzetlər böhran içərisindədir, ancaq onlar hamısı online rejimə çıxırlar. Azərbaycanda televiziyada  heç bir azadlıq demək olar ki, yoxdur, tam nəzarət altındadır. Yəni televiziya, radio tam nəzarət olan bir şəraitdə fəaliyyət göstərir. İnsanların özü internetə axışır və internetdə biz çoxlu sayda yeni videokanallar, radiokanallar,  xəbər portalları görürük və orada kifayət qədər söz azadlığı mövcuddur. Lakin bu məkanın özü onu göstərir ki, bu azadlıq Azərbaycan rəhbərliyinin iradəsinə zidd olaraq mövcuddur”, – deyə İ. Məmmədov qeyd edib.

 “Çünki Azərbaycan rəhbərliyinin iradəsinə uyğun olsaydı, medianın azadlığı, o azadlıq televiziyada və radioda mövcud olardı. Amma orada yoxdur, Azərbaycan rəhbərliyinin kontrol edə bilmədiyi məkan da mövcuddur”.

İ. Məmmədov “REAL” internet televiziyasının fəaliyyətinə də aydınlıq gətirib: “Bir neçə veriliş çəkdik, azadlıq baxımından öz fikirlərimizi  ifadə edirik. Tədricən keyfiyyətini də artıracağıq... Baxaq da”.

Nihadə Eyyubova

Sizə yeni x var
Keçid et
Rusiyadan Bakıya hərbi təhdid - Raketlər işə düşdü