Xocavənd rayonu ərazisində ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Modern.az xəbər verir ki, Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətinin məlumatına görə, rayonun Böyük Tağlar kəndi ərazisində Ağstafa rayon sakini E.Qarayev idarə etdiyi “KamAZ” markalı avtomobili dərəyə aşırıb və aldığı xəsarətlərdən hadisə yerində ölüb.
Xocavənd Rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır.