Modern.az

II qrupun imtahan cavabları açıqlandı

II qrupun imtahan cavabları açıqlandı

6 Avqust 2012, 17:09

TQDK ali məktəblərə II ixtisas qrupu üzrə qəbul imtahanlarının nəticələrini açıqlayıb

Tələbə Qəbulu üzrə Dövlət Komissiyası 2012/2013-ci tədris ili üçün Azərbaycan Respublikası ali təhsil müəssisələrinə və tam orta təhsil bazasından (11 illik) orta ixtisas təhsili müəssisələrinə  II ixtisas qrupu üzrə keçirdiyi sonuncu qəbul imtahanlarının nəticələrini açıqlayıb.

TQDK-nın mətbuat xidmətindən Modern.az-a verilən məlumata görə, imtahanın nəticələri qurumun rəsmi saytında yerləşdirilib.
Hər bir abituryent bu linkə daxil (//www.tqdk.gov.az/net2012ali/ ) olmaqla nə qədər bal topladığını öyrənə bilər.

Onlar imtahan nəticələri barədə məlumatı mobil telefonla 7727-yə iş nömrələrini göndərməklə də öyrənə bilirlər. 

II ixtisas qrupu üzrə imtahanda iştirak etmək üçün sənəd vermiş 22867 abituriyentlərdən 552 nəfəri imtahanda iştirak etməyib. İmtahanda iştirak edən abituriyentlərdən 22 nəfəri qaydalara zidd hərəkətlərə yol verdiklərinə görə mtahandan xaric olunub və nəticələri ləğv edilib.

Test imtahanının nəticəsinə əsasən 11929 abituriyent müsabiqədə iştirak etmək hüququ qazanıb. 2 nəfər maksimal nəticə -700 bal toplayıb.

İxtisas seçimi avqustun 7-dən 16-dək internet vasitəsilə aparılacaq. Qəbul aparılan ixtisasların siyahısı isə “Abituriyent” jurnalının 3-cü sayında dərc olunub.

II ixtisas qrupu üzrə ixtisas seçimində aşağıdakı müsabiqə şərtlərini ödəmiş abituriyentlər iştirak edə bilərlər:

Bu il II qrup üzrə ixtisas seçimində ümumi balı 150-dən, hər bir imtahan fənni üzrə ayrılıqda topladığı nisbi balı 10-dan az olmayan abituriyentlər iştirak edə bilərlər.

Ümumi balı 300 və daha çox olan abituriyentlərin ixtisas seçiminə buraxılmaları üçün onların fənlər üzrə cavablarına nisbi bal məhdudiyyəti tətbiq olunmur.

Dövlət sifarişi əsasında ayrılmış yerlərin ixtisas seçimində ümumi balı 350-dən və hər bir imtahan fənni üzrə ayrılıqda topladığı nisbi balı 10-dan az olmayan abituriyentlər iştirak edə bilərlər.

Müsabiqədə iştirak etmək üçün qoyulan tələbləri ödəyən abituriyentlər avqustun 7-dən 16-dək "Abituriyentin elektron ərizəsi"ndə ixtisasları seçib təsdiq etməlidirlər.

Mail Ağaxanov

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi