“Bakı şəhərində havanı ən çox çirkləndirən avtomobillərdir. Biz çox istərdik ki, pandemiyanın təsirindən deyil, ümumilikdə havanın tərkibində çirklənmədə azalma olsun. Ancaq bu məsələdə pandemiyanın rolu oldu. Çünki müəyyən məhdudlaşdırmalar tətbiq edildi”.
Modern.az xəbər verir ki, bunu Milli Hidrometeorologiya Xidmətinin rəisi Umayra Tağıyeva deyib. O qeyd edib ki, bu, onu göstərir ki, müəyyən tədbirlər görülsə, ətraf mühitin vəziyyətini yaxşılaşdıra bilərik:
“Biz müqayisə etsək görərik ki, yanvar ayında 30 faizə qədər havanın çirklənməsinin vəziyyəti yaxşıdır”.