Modern.az

Azərbaycan səfiri Suriyanı tərk edib

Azərbaycan səfiri Suriyanı tərk edib

Təhsil

7 Avqust 2012, 12:08

Azərbaycanın Suriyadakı səfiri və səfirliyin işçiləri Suriyanı tərk edib. Modern.az-ın məlumatına görə, bu barədə Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, Azərbaycan tərəfi səfirliyin işçilərinin ölkəni tərk etməsi üçün hər cür şərait yaradıb. XİN-dən verilən məlumata görə, Suriyada hazırda Azərbaycan vətəndaşı yoxdur.  Nazirlikdən həmçinin bildirilib ki, Suriyada vəziyyət tezliklə normallaşarsa Azərbaycanın diplomatik missiyası öz fəaliyyətini bərpa edəcək.

Qeyd edək ki, hazırda Suriyada vəziyyət kritik olaraq qalmaqdadır.

 Modern.az

 
Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyadan Bakıya hərbi təhdid - Raketlər işə düşdü