Modern.az

Murtuz Ələsgərovun cənazəsi Təzə Pirə gətirilib, dəfn sabah olacaq

Murtuz Ələsgərovun cənazəsi Təzə Pirə gətirilib, dəfn sabah olacaq

Təhsil

7 Avqust 2012, 12:34

Bu gün səhər saatlarında vəfat edən Milli Məclisin mərhum eks-spikeri Murtuz Ələsgərovla vida mərasimi sabah keçiriləcək. Modern.az-ın məlumatına görə, mərhumla vida mərasimi sabah saat 17:00-da baş tutacaq. Hələlik mərasimin harada keçirilməsi dəqiq bilinmir.

Murtuz Ələsgərovun cənazəsi bir neçə saat öncə Təzə Pir məscidinə aparılıb. Hazırda mərhumla vidalaşmaq üçün daxili işlər naziri Ramil Usubov, deputatlar Eldar İbrahimov, Siyavuş Novruzov və digər rəsmi şəxslərin Təzə Pir məscidində olduğu bildirilir.

Qeyd edək ki,  eks-spiker Murtuz Ələsgərov  84 yaşında vəfat edib.

 

 

 

 

 

 


 
Anar Kəlbiyev

 
Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyadan Bakıya hərbi təhdid - Raketlər işə düşdü