Modern.az

Neftçalada motosiklet sürücüsü qəzada öldü

Neftçalada motosiklet sürücüsü qəzada öldü

Aktual

10 Yanvar 2021, 21:21

Neftçala rayonunda 1 nəfərin ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

 

Modern.az xəbər verir ki, hadisə Həsənabad qəsəbəsində qeydə alınıb.

 

Belə ki, 1990-cı il təvəllüdlü Hüseynov Aqil Zabil oğlu idarə etdiyi motosikletlə hərəkətdə olarkən nəqliyyat vasitəsi idarəetmədən çıxaraq yolun kənarındakı hasara çırpılıb. Nəticədə sürücü ağır bədən xəsarətləri alıb. O, Salyan Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib. Lakin həkimlərin səyinə baxmayaraq, A.Hüseynovun həyatını xilas etmək mümkün olmayıb.

 

Faktla bağlı araşdırma aparılır.

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyadakı azərbaycanlıları bu təhlükə gözləyir - Kritik çağırış