Türkiyənin paytaxtı Ankara şəhərində zəlzələ baş verib.
Modern.az "Anadolu" agentliyinə istinadla xəbər verir ki, zəlzələ yanvarın 10-da Türkiyə vaxtı ilə saat 22:53-də Ankaranın Kalecik rayonunda qeydə alınıb.
AFAD-ın məlumatına əsasən, zəlzələnin gücü 4,5 bal olub.
Zəlzələnin 12 kilometr dərinlikdə baş verdiyi açıqlanıb.
Ankara valisi Vasif Şahin Kalecikdə baş verən zəlzələ ilə bağlı açıqlamasında bildirib ki, heç bir insan itkisi və ya dağıntı haqqında valiliyə məlumat daxil olmayıb.
T.İSMAYIL