Modern.az

Əfqanıstana endirilən hava zərbəsi nəticəsində 18 nəfər həlak oldu

Əfqanıstana endirilən hava zərbəsi nəticəsində 18 nəfər həlak oldu

11 Yanvar 2021, 08:52

Əfqanıstanın Nimroz vilayətində yanvarın 10-da gecə törədilən aviazərbə nəticəsində ölənlərin sayı 18-ə çatıb.

 

Modern.az TASS-a istinadən xəbər verir ki, bunu vilayət şurasının rəhbəri Məhəmməd Nasir deyib.

 

Onun sözlərinə görə, ölənlər arasında səkkiz uşaq, yeddi qadın və üç kişi var.

 

Daha əvvəl hava hücumu nəticəsində 12 nəfərin həlak olduğu barədə məlumat verliib.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyadakı azərbaycanlıları bu təhlükə gözləyir - Kritik çağırış