Dünya Səhiyyə Təşkilatının mütəxəssislərdən ibarət bir heyəti tərəflərin razılığına uyğun olaraq, “COVID-19”un mənşəyini öyrənmək üçün 14 yanvarda Çinə səfər edəcək.
Modern.az xəbər verir ki, bu barədə Çin Xalq Respublikasının Dövlət Səhiyyə Komitəsi açıqlama verib.
““COVID-19”un mənşəyinin səbəblərini araşdırmaq üçün ÜST tərəfindən təyin olunan bir qrup beynəlxalq ekspert 14 yanvar tarixində Çinə səfər edəcək”,-deyə açıqlamada bildirilib.
Araşdırmaların Çin mütəxəssisləri ilə birlikdə əməkdaşlıq çərçivəsində aparılacağı qeyd edilib.
Mütəxəssilər qrupunda Yaponiya, Qətər, ABŞ, Almaniya, Vyetnam, Avstraliya, Hollandiya, İngiltərə və Danimarkadan nümayəndələr yer alacaq.