Modern.az

Xankəndidə atəş açan şəxslərin kimliyi məlum oldu

Xankəndidə atəş açan şəxslərin kimliyi məlum oldu

11 Yanvar 2021, 12:25

Azərbaycanın Xankəndi şəhərində eşidilən atışma səslərinin haradan qaynaqlandığı məlum olub.

 

Modern.az xəbər verir ki, bununla bağlı Dağlıq Qarabağdakı terrorçulaın "mətbuat katibi" Vahram Poğosyan açıqlama verib.

 

Onun sözlərinə görə, ötən gün Xankəndi sakini olan bir neçə sərxoş erməni havaya atəş açıb. V.Poğosyan onların saxlanıldığını deyib.

 

Qeyd edək ki, dünən Ermənistan mətbuatında Şuşadakı Azərbaycan hərbçilərinin guya Xankəndi istiqamətində atəş açdığı barədə dezinformasiya yaymışdı.

Whatsapp
Bizə yazın!
Keçid et
Müharibədə İLK YAŞANDI - Ərdoğan Putinlə Zelenskini görüşdürəcək