Modern.az

Sabah bakıda yağış, rayonlara qar yağacaq

Sabah bakıda yağış, rayonlara qar yağacaq

11 Yanvar 2021, 13:05

Yanvarın 12-də Bakıda və Abşeron yarımadasında hava şəraitinin buludlu olacağı, bəzi yerlərdə çiskinli yağış yağacağı gözlənilir. Şimal-şərq küləyi gündüz cənub küləyi ilə əvəz olunacaq.

 

Milli Hidrometeorologiya Xidmətindən Modern.az-a verilən məlumata görə, havanın temperaturu Abşeron yarımadasında gecə 2-5, gündüz 7-9 dərəcə isti, Bakıda gecə 2-4, gündüz 7-9 dərəcə isti olacaq. Atmosfer təzyiqi 765 mm civə sütunundan 769 mm civə sütununa yüksələcək, nisbi rütubət 75-85 faiz təşkil edəcək. 

 

Yanvarın 12-də Azərbaycanın bəzi rayonlarında yağış, dağlıq ərazilərdə qar yağacağı, gündüz tədricən kəsiləcəyi gözlənilir. Ayrı-ayrı yerlərdə duman olacaq, şərq küləyi əsəcək. Havanın temperaturu gecə 0-5, gündüz 8-13 dərəcə isti, dağlarda gecə 0-5, gündüz 5-10 dərəcə isti olacaq.  

 

Tibbi-meteoroloji proqnoz:

 

Yanvarın 12-də Bakıda və Abşeron yarımadasında meteoroloji amillərin zəif və mülayim tərəddüdü gözlənilir ki, bu da meteohəssas insanlar üçün əsasən əlverişlidir.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyadakı azərbaycanlıları bu təhlükə gözləyir - Kritik çağırış