Modern.az

“Kaş bütün spikerlər Murtuz Ələsgərov kimi olaydı” - Eks-deputatların xatirələri

“Kaş bütün spikerlər Murtuz Ələsgərov kimi olaydı” - Eks-deputatların xatirələri

Parlament

7 Avqust 2012, 14:34

Milli Məclisin eks-spikeri Murtuz Ələsgərov vəfat etdi. Modern.az-a danışan mərhumun sabiq həmkarları onun parlamentdəki fəaliyyətinə qiymət verdilər.

Sabiq deputat Maksim Musayev bildirdi ki, Murtuz Ələsgərovun bir hüquqşünas kimi Azərbaycanın Yeni Konstitusiyasının yaradılmasında, Milli Məclisdə qəbul edilən qanunların beynəlxalq standartlara uyğun olmasında onun çox böyük əməyi var.

“O, parlament sədri seçiləndə Milli Məclisdə 8-ə qədər partiyanın üzvləri vardı. , Ələsgərov bütün partiyanın deputatlarına eyni şərait yaradırdı. “O bilmək istəyirdi ki, görək onlar nə deyəcəklər, hansı məsələlər ilə razılaşmırlar? Onların yeni fikriləri varmı? Onların yeni fikirləri üzərində işləmək olarmı? Yeni qanun layihəsinin müzakirəsi zamanı onların fikri də yararlı ola bilərmi? Bu nöqteyi-nəzərdən mən onu daha da demokratik bir spiker kimi tanıyırdım. O, çox ustalıqla parlamenti idarə edə bilirdi. Özünü ən çox aqressiv aparan deputat mən idim. Amma o, deputatların balansını saxlaya bilirdi”.

M.Musayev eks-spikerlə bağlı xatirəsini də bölüşdü. “O vaxt Çin və Azərbaycan deputatlarının dostluq qrupu var idi, daha doğrusu, mən parlementlərarası dostluq qrupunun sədri idim. M. Ələsgərovla birgə Çinə getmişdik. Orada Azərbaycan parlamentini çox yüksək səviyyədə təmsil elədi. Mən onun parlament rəhbəri kimi, eyni zamanda Azərbaycan millətini təmsil edən rəhbər şəxs kimi onun davranışlarından çox razı qaldım”.

Sabiq deputat Miri Qəmbərov bildirib ki, Murtuz Ələsgərovu hələ parlamentə rəhbərlik etməzdən əvvəl tanıyıb. “Onun deputatlarla olan münasibəti çox gözəl idi. Kaş bütün spikerlər onun kimi olaydı. O, çox yüksək səviyyədə deputatların hər biri ilə maraqlanırdı, bəzi şeyləri bir böyük kimi, mütəxəssis kimi başa salırdı, yol göstərirdi. Çox böyük şəxsiyyət idi, çox böyük insan idi”.

Sevinc İltifatqızı

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Öz simasında xalqın sabaha inamını daşıyan xanım