Modern.az

İcra başçısı şəhid və itkin ailələri ilə görüşüb - FOTO

İcra başçısı şəhid və itkin ailələri ilə görüşüb - FOTO

11 Yanvar 2021, 14:15

Goranboy rayon İcra Hakimiyyətinin başçısı Məhərrəm Quliyev Vətən Müharibəsi döyüşləri zamanı itkin düşmüş, Qarasuçu kənd sakini, 1997-ci il təvəllüdlü Həsrətov Elməddin Sərdar oğlunun, həmçinin Nizami kəndindən 1-ci Qarabağ müharibəsinin və Qızılhacılı qəsəbəsindən 2-ci Qarabağ müharibəsinin Şəhidlərinin  ailələri ilə görüşüb.

 

Modern.az xəbər verir ki, icra başçısı ailələrin problem və qayğılarını dinlədi, onların həlli istiqamətində məsul vəzifəli şəxslərə tapşırıqlarını bildirdi. İtkin düşmüş döyüşçü ilə bağlı məsələyə aydınlıq gətirilməsi məqsədi ilə, döyüşçünün ailə üzvlərinin rayon  İcra Hakimiyyətnin məsul işçisinin iştirakı ilə, Beynəlxalq Qızıl Xaç Komitəsinin Azərbaycan Nümayəndəliyinin Bərdə Ofisinə və Şəmkir şəhərində yerləşən "N" saylı Hərbi Hissəyə göndərilməsi təmin edildi. Qızılhacılı qəsəbəsindən Şəhid ailəsinin həyətyanı torpaq sahəsi və Nizami kəndindən Şəhid ailəsinin suvarma suyu ilə bağlı problemlərinin həlli istiqamətində, aidiyyəti üzrə tapşırıqlar verilib.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyadakı azərbaycanlıları bu təhlükə gözləyir - Kritik çağırış