Modern.az

Naftalanda mobil qruplar tərəfindən reydlər davam etdirilir - FOTOLAR

Naftalanda mobil qruplar tərəfindən reydlər davam etdirilir - FOTOLAR

11 Yanvar 2021, 14:26

 

Şəhərdə COVİD-19-a qarşı keçirilən profilaktik dezinfeksiya tədbirləri ilə  yanaşı əhali arasında maarifləndirmə işlərinin gücləndirilməsi və sosial məsuliyyət tədbirləri də həyata keçirilir. Şəhər ərazisində və kəndlərdə fəaliyyət göstərən mobil qruplar tərəfindən koronavirus pandemiyasının yayılmasının qarşısının alınması istiqamətində NKyOQ-ın tələb və tövsiyələrinə uyğun olaraq gündəlik reydlər keçirilir.

 

Modern.az xəbər verir ki, reyd zamanı şəhər ərazisində karantin rejiminin tələblərinə riayət edilməsinin vəziyyəti ilə yaxından tanış olunub, sakinlərlə profilaktik söhbətlər aparılıb, onlara özlərinin və yaxınlarının müəyyən edilmiş qayda və tövsiyələrə əməl edərək sağlamlıqlarını qorumalarının vacibliyi xatırladılıb.

 

Qeyd edək ki, şəhər ərazisndə və kəndlərdə pandemiyaya qarşı mübarizə tədbirlərinə nəzarəti gücləndirmək məqsədi ilə aidiyyəti strukturların əməkdaşlarından ibarət hər birində 4 nəfər olmaqla 5 mobil qrup fəaliyyət göstərir.

 

Həmçinin hüquq mühafizə orqanları tərəfindən pandemiya dövründə tətbiq edilmiş qaydalara əməl etməyən vətəndaşlara İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə protokol tərtib edilərək cərimə tətbiq olunub.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyadakı azərbaycanlıları bu təhlükə gözləyir - Kritik çağırış