Azərbaycan vətəndaşları Fərid Hüseyn və Şəhriyar Hacızadənin yaxın ailə üzvlərinin iştirakı ilə məhkəmə keçirilib.
Xairici İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, Təbrizdə keçirilən məhkəmədə gənc şairlər onlara verilən sualları cavablandırıb və günahsız olduqlarını bildiriblər. Azərbaycanlı şairlər İrana səfər etməkdə hər hansı cinayət xarakterli niyyətlərinin olmadıqlarını vurğulayıblar. Suallar daha çox onların İrana səfərləri ilə bağlı olub. XİN-dən bildirilib ki, məhkəmə prosesində iranlı hakim Fərid Hüseyn və Şəhriyar Hacızadənin konkret hansı maddə ilə ittiham olunması ilə bağlı rəsmi olaraq bir şey bildirməyib və yaxın günlərdə məhkəmənin qərarının olacağını vurğulayıb. Qeyd edək ki, məhkəmə prosesində Azərbaycanın İrandakı Baş konsulluğunun iki əməkdaşı da iştirak edib. Modern.az