Modern.az

Baki Türk Liseyi 3 məzununun 700 bal topladığını bəyan edib

Baki Türk Liseyi 3 məzununun 700 bal topladığını bəyan edib

8 Avqust 2012, 01:30


Qəbul imtahanında respublika üzrə 700 bal toplamış 5 nəfər məzundan 3-ü Türkiyə Dəyanət Vəqfi Bakı Türk Liseyinin məzunlarıdır.

II ixtisas qrupu üzrə keçirilmiş imtahanın nəticələrinə görəTDV Bakı Türk Liseyinin məzunu Nərgiz MƏZAHİRQIZI 700 bal toplayaraq Respublika  birincisi olub.

IV qrup imtahanlarında 700 bal toplayan Kamran HƏMİDOV və Kamil SƏRDARLI da Türkiyə Dəyanət Vəqfi Liseyinin məzunlarıdır.

Lisey müdiri Kadir BEKTAŞOĞLU Modern.az-a dedi ki, qəbul imtahanlarında iştirak edən 69 məzundan 3 nəfəri 700 bal olmaqla 32 (46%) məzun 600-dən çox bal toplayıb. O, I qrup üzrə Taleh NURİ və IV qrup üzrə Pərviz Kərimlinin ölkə ikincisi olduğunu qeyd etdi  və bu nailiyyətlərdə fədakar müəllim kollektivi başda olmaqla,valideynlərə və əməyi olan hərkəsə təşəkkür və minnətdarlığını bildirdi.

Kadir BEKTAŞOĞLU 700 bal toplayaraq respublika birincisi olan məzunların bu rekord uğurunu, təhsilə göstərdikləri qayğı və diqqətə görə dövlət rəhbərliyinə hədiyyə etdiklərini bildirdi.

Modern.az

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
3 ölkə Rusiyaya qarşı birləşdi