Modern.az

Şəkidə maşın körpüdən aşdı - ölən və xəsarət alanlar var - FOTO

Şəkidə maşın körpüdən aşdı - ölən və xəsarət alanlar var - FOTO

Aktual

12 Yanvar 2021, 21:19

Bu gün saat 15:30 radələrində Yevlax-Zaqatala-Gürcüstan sərhəd magistral yolunun 56-cı kilometrliyində - Şəki rayonu Daşüz kəndi ərazisindən keçən hissəsində ölümlə nəticələnən ağır yol-qəzası baş verib.

 

Modern.az xəbər verir ki, hadisə zamanı bir nəfər ölüb, daha iki nəfər xəsarət alıb.

 

Qax rayonu Şotovar kənd sakini, 1995-ci il təvəllüdlü Rəvan Rəsul oğlu Məcidov idarə etdiyi “Mercedes-bens” markalı 08 BJ 781 dövlət nömrə nişanlı minik avtomobili Yevlax rayonu istiqamətindən Qax rayonu istiqamətində hərəkətdə olarkən avtomobil körpüdən aşıb. 

 

Qəza zamanı sürücü R.Məcidovun qardaşı, 1998-ci il təvəllüdlü Kənan Rəsul oğlu Məcidov aldığı müxtəlif dərəcəli ağır bədən xəsarətlərindən hadisə yerində ölüb. 

Sürücü R.Məcidov və avtomobildə olan digər sərnişin Qax rayonu Turaclı kənd sakini 1998-ci il təvəllüdlü Hüseyn Mədət oğlu Hüseynov aldıqları müxtəlif dərəcəli bədən xəsarətləri ilə Şəki Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər. 

Faktla bağlı araşdırma aparılır (apa). 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
İsrail İranın nüvə reaktoruna ZƏRBƏLƏR ENDİRİB