Modern.az

Londonda Azərbaycanın 53 idmançısından 32-si sıradan çıxıb - SİYAHI

Londonda Azərbaycanın 53 idmançısından 32-si sıradan çıxıb - SİYAHI

Təhsil

8 Avqust 2012, 10:39

London Olimpiadasında yarışan Azərbaycan idmançılarının çıxışını qənaətbəxş hesab etmək olmaz. 11 gündən sonra Olimpiadadakı 53 idmançımızdan 32-si uğursuz çıxışı ilə yadda qalıb. Hələlik Azərbaycanın aktivində 5 medal var.

London Olimpiadasında idmançılarımızın çıxışı aşağıdakı kimi olub:

Ümidləri doğruldanlar

Ağırlıqaldıran Valentin Xristov (56 kq) bürünc medal qazanıb.

Yunan-roma güləşçiləri Rövşən Bayramov (55 kq) gümüş, Emin Əhmədov (74 kq) isə bürünc medal qazanıb.

Boksçular Teymur Məmmədov (91 kq) və Məhəmmədrəsul Məcidov (+91 kq) yarımfinala vəsiqə qazanıblar. Bu isə o deməkdir ki, onların hər ikisi ən azı bürünc medalı özləri üçün təmin ediblər.

Mübarizəni davam etdirənlər

Kanoe növündə 2 nəfərlik qayıqla (C-2) 1000 metr məsafəyə yürüşdə Sergey Bezuqlı və Maksim Prokopenko dueti final mərhələsinə vəsiqə qazanıb

Uğursuz çıxış edənlər 

Cüdoçular Tərlan Kərimov, Elmar Qasımov, Rüstəm Orucov, Elxan Məmmədov,  Ramilə Yusubova, İlqar Muşkiyev, Elnur Məmmədli və Kifayət Qasımova

İdman gimnastı Şakir Şıxəliyev

Üzgüçü Oksana Hətəmxanova, Yevgeni Lazuka;

Boksçular Elvin Məmişzadə, Heybətulla Hacıəliyev, Vətən Hüseynli, Məhəmməd Əbdülhəmidov, Soltan Migitinov, Yelena Vıstropova

Ağırlıqqaldıranlar Boyanka Kostova, İntiqam Zairov, Sərdar Həsənov, Əfqan Bayramov, Veliçko Çolakov

Güllə atıcısı İradə Aşumova;

Velosipedçi Yelena Çalıx

Qılıncoynadan Səbinə Mikina;

Akademik avarçəkənlər Aleksandr Aleksandrov, Nataliya Mustafayeva

Yüngül atlet Dmitri Marşin;

At çaparı Camal Rəhimov;

Güləşçilər Səman Təhmasibi, Şalva Qadabadze, Həsən Əliyev.

Modern.az

Sizə yeni x var
Keçid et
3 ölkə Rusiyaya qarşı birləşdi