Modern.az

Bir şəklin tarixcəsi - İqtidarla müxalifətin dialoq lenti

Bir şəklin tarixcəsi - İqtidarla müxalifətin dialoq lenti

8 Avqust 2012, 15:30



Azərbaycan ictimai-siyasi mühiti üçün görünməmiş hadisə. Biz beləsinin xarici ölkələrin siyasi sistemlərində, elə qardaş Türkiyənin təcrübəsində görmüşdük. İqtidar və müxalifət təmsilçisi yanaşı dayanıb, üstəlik də hansısa açılış lentini kəsir...

Modern.az saytının “Bir şəklin tarixcəsi” layihəsində bu gün təqdim etdiyi fotoşəkil 2008-ci il may ayının 28-də Ankarada çəkilib. Azərbaycan Xalq Cümhuriyyətinin banisi Məhəmməd Əmin Rəsulzadənin Ankaradakı “Əsri-Cəbhəçi” məzarlığında yeni qurulmuş qəbirüstü abidəsinin açılışı...

Abidənin açılış lentini Prezident Administrasiyası İctimai-siyasi şöbəsinin müdiri Əli Həsənov və Müsavat Partiyasının başqanı İsa Qəmbər kəsir. Şahidlər də tanınmış simalardır – YAP-dan Hadi Rəcəbli, Yaqub Mahmudov, Müsavatdan Aida Qəmbər, Nəsiman Yaqublu...

Bu yaxınlarda media təmsilçiləri və QHT nümayəndələri ilə görüşən Əli Həsənov payızda siyasi partiyalarla, o cümlədən müxalifətlə görüşəcəyinin anonsunu verib. Və müxalifət partiyaları da bu görüşü səbrsizliklə gözləyirlər.

Görəsən, böyük öndərin məzarı üstündə kəsilən bu lent ölkədə iqtidar-müxalifət dialoqunun başlanmasını bildirən lentə çevriləcəkmi? Yaşayaq, görək....

(Şəkillə bağlı maraqlı şərhlərinizi gözləyirik)

Modern.az

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Xankəndidə Zirvə görüşü - CANLI