Modern.az

Bakıda bu küçə təmirə bağlanır

Bakıda bu küçə təmirə bağlanır

Aktual

13 Yanvar 2021, 13:03

Yanvar ayının 14-də Binəqədi rayonu Mirmahmud Kazımovski küçəsinin Əlillərin Bərpa Mərkəzinin qarşısından Mirzə Məmmədxan küçəsinə kimi olan hissəsində təmir işləri aparılacaq.

 

Bu barədə Modern.az-a Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin Mətbuat xidmətinin rəhbəri Anar Nəcəfli deyib. O bildirib ki, aparılacaq təmir işləri ilə əlaqədar olaraq avtonəqliyyat vasitələrinin hərəkəti qismən məhdudlaşdırılacaq.

Yarana biləcək müvəqqəti narahatlığa görə AAYDA vətəndaşlardan üzr istəyir.

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Müharibədə İLK YAŞANDI - Ərdoğan Putinlə Zelenskini görüşdürəcək