Modern.az saytı bir müddət öncə Azərbaycanda yaşayan əcnəbilərin qeyri-hökumət təşkilatı yaratması haqda xəbər vermişdi. Belə ki, ölkəmizdə Çin Xalq Respublikasının, ABŞ-ın vətəndaşları QHT yaradıblar. Ədliyyə Nazirliyinin məlumatına görə, Azərbaycanda QHT yaratmaq üçün müraciət edən xarici vətəndaşların saylı az deyil.
Bəs əcnəbilərin yaratdığı qeyri-hökumət təşkilatlarına qrantlar ayrılırmı? Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının sədri, deputat Azay Quliyev məsələ ilə bağlı Modern.az-a danışıb. A.Quliyev bildirib ki, əcnəbi vətəndaşların Azərbaycanda QHT yaratması üçün heç bir problem yoxdur.