Modern.az

İlyas İsmayılov Qazaxda seçiciləri ilə görüşüb

İlyas İsmayılov Qazaxda seçiciləri ilə görüşüb

8 Avqust 2012, 14:55

Ədalət Partiyasının sədri, Milli Məclisin deputatı  İlyas İsmayılovun 106 saylı Tovuz-Qazax-Ağstafa Seçki Dairəsindəki seçiciləri ilə növbəti  görüşləri başlayıb. Partiyanın mətbuat xidmətindən Modern.az-a verilən məlumatda bildirilir ki, ilk görüş bu gün Qazax rayonunun Xanlıqlar kəndində olub. Əsasən içməli və əkin su probleminin qaldırıldığı görüşdə kənd icra nümayəndəliyinin və yerli bələdiyyənin rəhbərləri də iştirak ediblər. Havaların həddən artıq isti keçdiyi və məsələnin aktuallığı nəzərə alınaraq problemin təcili həll olunmasının vacibliyi barədə ümumi razılığa gəlinib.

İ. İsmayılov daha sonra seçiciləri maraqlandıran bir sıra məsələlərə aydınlıq gətirib və onların çoxsaylı suallarını cavablandırıb.

İlyas İsmayılovun sabah üçün Ağstafa və Tovuz rayonlarındakı seçiciləri ilə də görüşləri nəzərdə tutulub.

Modern.az

Sizə yeni x var
Keçid et
3 ölkə Rusiyaya qarşı birləşdi