Modern.az

Azərbaycan idmançısı Olimpiadada finala çıxdı - FOTO

Azərbaycan idmançısı Olimpiadada finala çıxdı - FOTO

8 Avqust 2012, 15:33

Bu gün XXX London Yay Olimpiya oyunlarında daha iki idmançımız mübarizəyə qoşulub.

Modern.az-ın məlumatına görə, qaçış idman növündə son təmsilçimiz Hayle İbrahimov qaçış zolağında yarışıb. Birinci qrupda yer alan atletimiz 5000 metr məsafəyə qaçışda qüvvəsini sınayıb. 22 nəfərin mübarizə apardığı qrupda Azərbaycanı təmsil edən efiopiyalı legionerimiz finiş xəttinə birinci çatıb (13:25:23). 

Bununla da, H.İbrahimov final mərhələsində iştirak hüququ qazanıb. Final yarışları isə avqustun 11-də keçiriləcək.   

Bu gün qadın güləşçimiz Mariya Stadnik ilk görüş üçün döşək üzərinə çıxacaq. 48 kq çəki dərəcəsində mübarizə aparacaq Pekin olimpiadasının bürünc medalçısı ilk mərhələdən azaddır. Mübarizəyə 1/8 finaldan qoşulacaq  xanım təmsilçimiz bu mərhələdə Lonq Çun (ABŞ) - Şaşa Jao (Çin) cütünün qalibi ilə qarşılaşacaq. Yarış Bakı vaxtı ilə saat 17:30-da start götürəcək.

Xatırladaq ki, Olimpiadadakı 53 idmançımızdan 32-si öz çıxışlarını başa vurub. Bu çıxışlardan sonra aktivində 5 medal olan Azərbaycan yığması Ermənistan, Belçika və Hindistanla birgə 45 – 48-ci yerləri bölüşdürür. 

Modern.az

Sizə yeni x var
Keçid et
3 ölkə Rusiyaya qarşı birləşdi