Modern.az

ABŞ-ın Azərbaycandakı səfirliyi Riçard Morninqstarla bağlı açıqlama verdi

ABŞ-ın Azərbaycandakı səfirliyi Riçard Morninqstarla bağlı açıqlama verdi

8 Avqust 2012, 15:53

Səfir yaxın vaxtlarda Bakıya gələcək

Riçard Morninqstar ABŞ-ın Azərbaycandakı səfiri vəzifəsinə başlamaq üçün yaxın vaxtlarda Bakıya gələcək. Bu barədə Modern.az-a ABŞ-ın Azərbaycandakı səfirliyindən məlumat verilib.

Səfirliyin mətbuat xidmətinin rəhbəri Mehdi Hüseynquliyev saytımıza bildirib ki, yeni səfir yaxın vaxtlarda Bakıda olacaq: “ABŞ prezidenti  Barak Obama Azərbaycana səfir postuna cənab Riçard Morninqstarın namizədliyini irəli sürüb. ABŞ qanunlarına əsasən, Senat onu təsdiq etməli idi və Senat onun namizədliyini təsdiq edib. Sonra Dövlət Departamentində andiçmə mərasimi olub. Andiçmə mərasimindən sonra cənab Morninqstar  gözləyir ki, nə vaxt Azərbaycana gələcək. Yaxın bir neçə həftə ərzində o, Azərbaycana gəlməlidir. Azərbaycanda isə o, öz etimadnaməsinin Azərbaycan prezidentinə təqdim edəndən sonra artıq səfir kimi fəaliyyətinə başlaya bilər”.

ABŞ səfirliyinin rəsmisi onu da qeyd edib ki, yeni səfir keçmiş səfirin olduğu iqamətgahda  qalacaq: “İqamətgah dəyişilməyib. Səfir bura gələndən sonra kimlərlə görüşəcəyini də özü təyin edəcək. Bu barədə məlumat yoxdur. Bizdə olan məlumatlar bu qədərdir”, – deyə M.Hüseynquliyev bildirb.

Riçard Morninqstar 1945-ci ildə anadan olub. Harvardda kolleci və 1970-cı ildə Stanford hüquq məktəbini bitirib. 1970-cı ildən 1981-ci ilə kimi “Peap & Brown” hüquq firmasında işləyib.  Daha sonralar “Kostar” Korporasiyasında  çalışıb.  1990-cı ildən  korporasiyanın idarə heyətinin üzvü olub. 1998-ci  ilin iyul ayından Xəzər hövzəsinin enerji diplomatiyası üzrə prezidenti və dövlət katibinin xüsusi müşaviri təyin edilib. R. Morninqstar Bakı-Tbilisi-Ceyhan boru kəmərinin təşəbbüsçülərindən biridir. 1999-2001-ci illərdə R. Morninqstar Avropa Birliyində  ABŞ səfiri kimi çalışıb. “Nabukko” boru kəməri üzrə hökumətlərarası sazişin imzalanmasında ABŞ tərəfini təmsil edib. O, bu layihədə İranın iştirakına razılıq verməyib. 27 aprel 2012-ci ildən  ABŞ-ın Azərbaycandakı səfiri üçün namizədliyi irəli sürülüb. 2012-ci ilin iyun ayından  bu vəzifəni yerinə yetirməyə başlayıb.
Yeni səfir ailəlidir, onun iki oğlu, iki qızı var.

İndiyə kimi ABŞ hökuməti Azərbaycana 9  səfir təyin edib. İlk təyin olunmuş səfir Robert Finn 1992-ci ildə bir neçə ay ərzində bu postu tutub. Riçard Mayls 1992-ci ildən 1993-cü ilə kimi Amerikanın Azərbaycandakı səfiri olub. Digər səfirlər isə bu şəxslərdir:
Riçard Kozlariç (1994-1997), Stenli Eskudero (1997-2000), Ross Uilson (2000-2003), Rino Haniş (2003-2006), Enn Dersi (2006-2009), Metyu Brayza (2011-2012) və nəhayət, 9-cu səfir Riçard Morniqstar.

Nihadə Eyyubova

Sizə yeni x var
Keçid et
3 ölkə Rusiyaya qarşı birləşdi