Modern.az

“Real” kubokla vidalaşdı

“Real” kubokla vidalaşdı

15 Yanvar 2021, 02:11

İspaniya Super Kubokunda ikinci yarımfinal görüşü keçirilib.

 

Modern.az xəbər verir ki, bu qarşılaşmada"Real Madrid" "Atletik Bilbao" ilə üz-üzə gəlib.

Oyunda hesabı Bilbao təmsilçisi açıb. 18-ci dəqiqədə Raul Qarsia komandasını irəli çıxarıb. Matçın 38-ci dəqiqəsində Raul Qarsia penaltini dəqiq yerinə yetirərək madridliləri ikinci dəfə məyus edib.

73-cü dəqiqədə Kərim Benzama buraxılan toplardan birinin əvəzini çıxıb.

 

"Real Madird" - "Atletik Bilbao" - 1:2

 

Bununla da "Atletik Bilbao" adını İspaniya Super Kubokunun finalına yazdırıb.

 

Qeyd edək ki, "Bilbao" finalda "Barselona" ilə qarşılaşacaq. Matç yanvarın 18-i saat 00:00-da start götürəcək.

 

T.İSMAYIL

Sizə yeni x var
Keçid et
Müharibədə İLK YAŞANDI - Ərdoğan Putinlə Zelenskini görüşdürəcək