Modern.az

Kürəkənini bıçaqlayan qaynata hakim qarşısına çıxarılır

Kürəkənini bıçaqlayan qaynata hakim qarşısına çıxarılır

15 Yanvar 2021, 09:30

Samux rayonunda kürəkənini bıçaqlamaqda təqsirləndirilən Rafael Ələkbərovun cinayət işi üzrə ibtidai istintaq başa çatlb.

 

Modern.az xəbər verir ki, baxılması üçün Gəncə Ağır Cinayətlər Məhkəməsinə göndərilən iş hakim Elmin Rüstəmovun icraatına verilib.

 

Qeyd edək ki, hadisə ötən ilin sentyabr ayında rayonun Qovlarsarı kəndində baş verib.

 

Gəncə şəhər sakini, 1992-ci il təvəllüdlü Vüqar Həsənov mübahisə zəminidə 1973-cü il təvəllüdlü qaynatası Rafael Ələkbərov tərəfindən bıçaqlanıb.

 

R.Ələkbərova Cinayət Məcəlləsinin 126.1-ci (qəsdən sağlamlığa ağır xəsarət yetirmə) maddəsi ilə ittiham verilib.

Whatsapp
Bizə yazın!
Keçid et
Müharibədə İLK YAŞANDI - Ərdoğan Putinlə Zelenskini görüşdürəcək