Modern.az

Qazaxıstan hökuməti istefaya getdi

Qazaxıstan hökuməti istefaya getdi

15 Yanvar 2021, 10:06

Qazaxıstan hökuməti ölkə parlamentinin məclisinə (aşağı palata) seçkilərdən sonra istefaya gedib.

 

Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, Qazaxıstan qanunlarına görə, hökumət yeni seçilmiş məclisdən əvvəl istefaya getməlidir. Eyni zamanda, hökumət üzvləri və baş nazir yeni Nazirlər Kabineti formalaşana qədər vəzifələrini icra edəcəklər.

 

Qeyd edək ki, Qazaxıstanda 10 yanvarda məclisə seçkilər keçirilib. Mərkəzi Seçki Komissiyasının məlumatına əsasən, keçmiş prezident Nursultan Nazarbayevin rəhbərlik etdiyi "Nur Otan" partiyası 71.09% səslə seçkidə qalib gəlib.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Müharibədə İLK YAŞANDI - Ərdoğan Putinlə Zelenskini görüşdürəcək