Modern.az

Şabranda ata oğlunu güllələdi

Şabranda ata oğlunu güllələdi

15 Yanvar 2021, 11:14

Şabranda ata ehtiyatsızlıqdan oğlunu güllələyib.

 

Modern.az xəbər verir ki, rayonun Pirəmsən kəndində baş verən hadisənin motivi ata Teyyub Məmmədovla oğlu Ürfan Məmmədov arasında baş verən mübahisədən qaynaqlanır. Oğlu ilə mübahisə edən Teyyub Məmmədov onu qorxutmaq məqsədilə özündəki tüfənglə həyətdəki vaqona atəş açıb.Vaqona dəydikdən sonra güllənin qırmalarından bir neçəsi Ürfana dəyib. Sol göz nahiyəsindən xəsarət alan 37 yaşlı Ürfan  Məmmədov dərhal Şabran rayon mərkəzi xəstəxanasına aparılıb və ona ilk tibbi yardım edilib.Vəziyyətinin stabil olduğu deyilir.Ata Teyyub Məmmədov isə polis şöbəsinə aparılıb.

 

Hadisənin təfərrüatları araşdlrılır.

 

Ata ilkin olaraq oğlunu öldürmək üçün deyil, qorxutmaq üçün güllə atdığını deyib.

 

Aytəkin Alxaslı

Sizə yeni x var
Keçid et
Müharibədə İLK YAŞANDI - Ərdoğan Putinlə Zelenskini görüşdürəcək