Modern.az

Hirkan Milli Parkındakı yanğın hələ DAVAM EDİR

Hirkan Milli Parkındakı yanğın hələ DAVAM EDİR

Aktual

15 Yanvar 2021, 12:54

Dünən gecə saatlarında Hirkan Milli Parkının Astara ərazisində - İranla həmsərhəd əraziyə yaxın hissədə yanğın baş verib. Küləyin güclü olması, həmçinin ərazinin mürəkkəb relyefinə görə yanğınsöndürənlər tərəfindən müdaxilə çox çətinləşir. Buna görə ancaq əl əməyindən istifadə olunur. Milli parkın, ərazidə mövcud meşə idarəsinin, Fövqəladə Hallar Nazirliyinin yerli bölməsinin əməkdaşları, həmçinin kənd camaatı da yanğının söndürülməsində iştirak edir.

Modern.az xəbər verir ki, bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Bioloji Müxtəlifliyin Qorunması Xidmətinin rəisi Firudin Əliyev bildirib.

Xidmətin rəisinin sözlərinə görə, səhər saat 8:30-da əlavə kömək məqsədilə bir qrup nümayəndə də yanğın yerinə göndərilib. Son məlumat ondan ibarətdir ki, külək səngisə də ərazidə yanğın davam edir. Gecə saatlarına nisbətən onun qarşısı alınıb.

Sizə yeni x var
Keçid et
Müharibədə İLK YAŞANDI - Ərdoğan Putinlə Zelenskini görüşdürəcək