Modern.az

Murtuz Ələsgərov torpağa tapşırıldı

Murtuz Ələsgərov torpağa tapşırıldı

8 Avqust 2012, 17:59

Milli Məclisin keçmiş sədri Murtuz Ələsgərov I Fəxri Xiyabanda   dəfn olunub. Modern.az-ın əməkdaşının verdiyi məlumata görə, mərhum spikerin dəfnində Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyev, baş nazir Artur Rəsizadə, təhsil naziri Misir Mərdanov, müdafiə naziri Səfər Əbiyev, daxili işlər naziri Ramil Usubov, baş prokuror Zakir Qaralov və eləcə də digər dövlət və hökumət nümayəndələri, millət vəkilləri ştirak ediblər.

Qeyd edək ki, Milli Məclisin sabiq spikeri Murtuz Ələsgərov dünən 84 yaşında vəfat edib. Modern.az  
Telegram
Hadisələri anında izləyin!
Keçid et
3 ölkə Rusiyaya qarşı birləşdi