Modern.az

Rusiya sülhməramlıları Laçın dəhlizindəki hərəkətlə bağlı Azərbaycandan icazə almalıdır - Mövlud Çavuşoğlu

Rusiya sülhməramlıları Laçın dəhlizindəki hərəkətlə bağlı Azərbaycandan icazə almalıdır - Mövlud Çavuşoğlu

Aktual

15 Yanvar 2021, 17:34

Qarabağda atəşkəsə əməl olunması üzrə ortaq monitorinq mərkəzində 60 Rusiya və 60 Türkiyə hərbçisi xidmət edəcək.

 

Modern.az-ın məlumatına görə, bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu deyib.

 

O bildirib ki, birgə mərkəzin yeri artıq müəyyənləşdirilib:

 

"Monitorinq mərkəzi Ağdam rayonunda yerləşəcək. Konteynerlər artıq gedib, tikinti başlayıb. İlkin mərhələdə hər ölkədən 60 hərbçi qulluq edəcək. Bizim hərbçilərimiz oraya yola düşməyə başlayıb".

 

Nazir əlavə edib ki, bu, kiçik müşahidə mərkəzi olacaq, amma zərurət olacağı təqdirdə genişləndirmək mümkün olacaq:

 

"Gələcəkdə zərurət yaranacaqsa, biz Azərbaycanla danışacağıq və hər zaman lazımı dəstəyi göstərəcəyik".

Mövlud Çavuşoğlu onu da bildirib ki, Türkiyə Qarabağdakı sülhməramlı qüvvələrin statusuna dair anlaşma imzalanması üçün Rusiyanı təşviq edir.

O bildirib ki, bu məsələyə dair Azərbaycandan hər hansı bir şikayət gəlməyib.

Türkiyə xarici işlər baziri əlavə edib ki, əsas məsələ rusların Laçın dəhlizindən hərəkətə icazə verməsilə bağlıdır. Türkiyə bu məsələy görə iradlarını Rusiya tərəfinə çatdırıb:

"Buna görə Azərbaycandan icazə alınmalıdır. Qarabağ Azərbaycan torpağıdır. Sabah hər hansı bir status-kov müəyyənləşsə, bu, yenə Azərbaycanın sərhədləri daxilində olacaq. Buna görə Azərbaycandan icazəsiz bunları etməməsi lazımdır. “Siz, sülhməramlı olaraq varsınız, kimlərin gedib-gələcəyi məsələsində qərar verməyin məsuliyyəti sizdə deyil”, – dedik”. 

Türkiyə XİN başçısı qeyd edib ki, Naxçıvandan açılacaq dəhlizlə bağlı bir problem yoxdur. O vurğulayıb ki, Moskvada Rusiya-Azərbaycan-Ermənistan üçtərəfli görüşündə bu təsdiq edilib.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Müharibədə İLK YAŞANDI - Ərdoğan Putinlə Zelenskini görüşdürəcək