Modern.az

Vətən müharibəsində itkin düşən kapitanın nəşi tapıldı

Vətən müharibəsində itkin düşən kapitanın nəşi tapıldı

Aktual

15 Yanvar 2021, 18:23

Vətən müharibəsində itkin düşən kapitan Elnur Cəbrayılovun uzun müddət axtarışdan sonra nəşi tapılıb.

Modern.az xəbər verir ki, onunla bağlı verilən açıalamaya görə, Elnur Cəbrayılovun nəşi DNK analizi ilə təsdiq olunub.

Sabah şəhidimiz Göygöl şəhərində dəfn olunacaq.

Xatırladaq ki, ailəsi onunla sonuncu dəfə oktyabrın 12-də əlaqə saxlaya bilmişdi. Bir gün sonra isə kapitan Cəbrayılov Füzulinin Aşağı Əbdürrəhmanlı kəndi istiqamətində döyüşə girib. 

Göygölün Çaylı kəndində anadan olan 40 yaşlı zabitimiz ailəlidir, iki övladı var.

Allah rəhmət eləsin...

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Müharibədə İLK YAŞANDI - Ərdoğan Putinlə Zelenskini görüşdürəcək