Modern.az

ATƏT-in Cənubi Qafqaz üzrə yeni xüsusi nümayəndəsi təyin olundu

ATƏT-in Cənubi Qafqaz üzrə yeni xüsusi nümayəndəsi təyin olundu

Aktual

15 Yanvar 2021, 18:46

ATƏT-ın hazırkı sədri, İsveçin xarici işlər naziri Ann Linde təşkilatın Cənubi Qafqaz üzrə yeni xüsusi nümayəndəsini təyin edib.

 

Modern.az-ın məlumatına görə, bu vəzifəyə Annika Soder təyin olunub.

 

ATƏT-in hazırkı sədrinin xüsusi nümayəndələri ATƏT regionunda böhran və münaqişələrin tənzimlənməsi üzrə sədrin işinə kömək edir və üzv dövlətlərin konkret sahələrdə səylərinin əlaqələndirilməsini təmin edir.

 

Qeyd olunur ki, 2021-ci il ərzində bundan əvvəlki albaniyalı sədrin xüsusi nümayəndələri də fəaliyyətini davam etdirəcək.

Whatsapp
Bizə yazın!
Keçid et
Müharibədə İLK YAŞANDI - Ərdoğan Putinlə Zelenskini görüşdürəcək