Deputat Qənirə Paşayeva avqustun 7-dən Somaliyə səfərə gedib. Onun verdiyi məlumata görə, Somalidə təxminən 2 həftə həkim kimi işləyəcək.
”Gücüm çatdığı qədər maddi və mənəvi dəstəklə yanaşı, tibb təhsili almış bir uşaq həkimi kimi də aclıqdan və xəstəliklərdən əziyyət çəkən körpələrin yanında olmağa çalışıram...”.
Millət vəkilin sözlərinə görə, Somaliyə getməklə bağlı qərarı bir fotodan başlayıb. 10 yaşlı Abdullahi Dahir adlı uşağın şəklini görəndən sonra bu addımı atıb. “10 yaşlı Abdullahi Dahir fotodan məni baxışları ilə Somaliyə çağırırdı...“.
Modern.az-ın məlumatına görə, Q.Paşayeva artıq Somalidədir və o, aclıq və səfalət dəb əziyyət çəkən uşaqlarla ilk şəklini paylaşıb.
Modern.az