Modern.az

Astarada meşədə yanğın olub - FOTOLAR

Astarada meşədə yanğın olub - FOTOLAR

Aktual

15 Yanvar 2021, 19:30

Bu gün Astara rayonu, Kijəbə qəsəbəsinin yaxınlığında meşə zolağında yanğın hadisəsi baş verib.

 

Modern.az FHN-ə istinadən xəbər verir ki, dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq qüvvələri cəlb olunub. Görülmüş operativ tədbirlər nəticəsində yanğının genişlənərək sıx meşəlik əraziyə keçməsi və daha böyük sahəyə yayılmasının qarşısı alınıb.

 

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Meşə təsərrüfatı idarəsinin əməkdaşları da cəlb olunaraq qısa müddətdə söndürülən yanğın nəticəsində, təqribən, 2 hektar sahədə kol-kos və quru ot yanıb

 



Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Müharibədə İLK YAŞANDI - Ərdoğan Putinlə Zelenskini görüşdürəcək