Modern.az

Nazir qeydiyyata alınan partiyaların sayını açıqladı

Nazir qeydiyyata alınan partiyaların sayını açıqladı

Aktual

15 Yanvar 2021, 21:20

2020-ci ildə Ədliyyə Nazirliyi tərəfindən 1.800-dək qanunvericilik aktı layihəsi hazırlanıb, 3.300-ə yaxın akt hüquqi ekspertizadan keçirilib, 3,9 milyon notariat hərəkəti rəsmiləşdirilib, 290 mindən çox vətəndaşlıq vəziyyəti aktları dövlət qeydiyyatına alınıb. Bu əməliyyatlarla bağlı 7 milyon manat vəsait, daşınmaz əmlakla əlaqədar müqavilələr üzrə isə 36 milyon manatdan çox vergi dövlət büdcəsinə köçürülüb. "Mobil notariat"ın funksionallığı artırılaraq, bir sıra etibarnamələrin mobil qaydada verilməsi təmin edilib. Həmçinin, çoxpartiyalı sistemin inkişafına dövlət dəstəyinin təzahürü olaraq 7 siyasi partiya, habelə 145 qeyri-kommersiya qurumu dövlət qeydiyyatına alınıb, 45 mətbu nəşr uçota götürülüb.

 

Modern.az xəbər verir ki, bu barədə ədliyyə naziri Fikrət Məmmədovun sədrliyi ilə nazirliyin videkonfrans formatında geniş kollegiya iclasında bildirilib.

 

İclasda məhkəmə qərarlarının icrasının səmərəliliyinin artırılması, alternativ mexanizmlərin, o cümlədən özəl icranın tətbiqi ilə bağlı tədbirlərin davam etdirildiyi, bu sahədə xarici təcrübənin öyrənilməsi üçün beynəlxalq təşkilatlarla səmərəli əlaqələr qurulduğu bildirilib, 409 min icra sənədinin icrasının təmin edildiyi, 700 milyon manat vəsaitin fiziki və hüquqi şəxslərə, habelə vergi borcları üzrə büdcəyə ödətdirildiyi qeyd olunub, borclu şəxslərə aliment və digər icra ödənişlərinin onlayn qaydada aparılması, uşaqla ünsiyyətin video-əlaqə vasitəsilə həyata keçirilməsi imkanının yaradıldığı vurğulanıb.

 

Məhkəmə ekspertizası mərkəzində 41 ekspert ixtisası üzrə 35.000-ə yaxın işə baxılıb, bələdiyyələrin 77.000-dən çox aktı inzibati nəzarət qaydasında yoxlanılıb, qanunsuz ayrılmış 8.200 hektardan artıq torpaq sahələri geri qaytarılıb, cinayət xarakterli 23 fakt üzrə materiallar prokurorluğa göndərilib.

 

Sizə yeni x var
Keçid et
Müharibədə İLK YAŞANDI - Ərdoğan Putinlə Zelenskini görüşdürəcək