Modern.az

İzmirdə daha bir zəlzələ

İzmirdə daha bir zəlzələ

Aktual

15 Yanvar 2021, 22:09

Türkiyənin İzmir şəhərinin Seferihisar rayonunda 4,0 bal gücündə zəlzələ olub.

 

Modern.az xəbər verir ki, bu barədə Türkiyə Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) məlumat yayıb. Zəlzələ axşam saatlarında 6.97 kilometr dərinlikdə baş verib.

 

Dağıntı və itki barədə hər hansı məlumatın daxil olmadığı bildirilir.  

 

Xatırladaq ki, 2020-ci il oktyabrın 30-da İzmirin Seferihisar rayonunda 6.6 bal gücündə zəlzələ baş verib. Zəlzələ nəticəsində 100-dən çox insan həyatını itirib.

Whatsapp
Bizə yazın!
Keçid et
Müharibədə İLK YAŞANDI - Ərdoğan Putinlə Zelenskini görüşdürəcək