Modern.az

ABŞ-dan Kubanın daxili işlər nazirinə sanksiya

ABŞ-dan Kubanın daxili işlər nazirinə sanksiya

Aktual

15 Yanvar 2021, 22:59

ABŞ Kubanın daxili işlər naziri Lasaro Alberto Alvares Kasası və onun rəhbərlik etdiyi nazirliyin adını sanksiya siyahısına salıb.

 

Modern.az xəbər verir ki, bu barədə Birləşmiş Ştatların Maliyyə naziri Stiven Mnuçin məlumat verib.

 

Onun sözlərinə görə, nazir insan haqlarının pozulmasında və korrupsiyada ittiham olunur:

“ABŞ Kubadakı insan haqları ilə bağlı ağır vəziyyəti nizama salmaq üçün mövcud olan bütün vasitələrdən istifadə etməyə davam edəcək”.

 

Yeni qərarlara əsasən Amerika vətəndaşlarının artıq qara siyahıdakı şəxslə və ya Kuba nazirliyi ilə hər hansı iş görməsi qadağan olunur. Əgər belə hal aşkarlanarsa həmin şəxs əmlakı müsadirə edilməklə həbs ediləcək.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Müharibədə İLK YAŞANDI - Ərdoğan Putinlə Zelenskini görüşdürəcək