Modern.az

Qənirə Paşayeva şəhid ailələri ilə görüşüb - FOTO

Qənirə Paşayeva şəhid ailələri ilə görüşüb - FOTO

Aktual

15 Yanvar 2021, 17:11

Milli Məclisin Mədəniyyət komitəsinin sədri Qənirə Paşayeva Tovuz rayonu, Qovlar şəhər sakini, Vətən Müharibəsinin şəhidi Zülfüqar Abbasovun atası Bayram Cəfər oğlu Abbasovla görüşüb.

 

Modern.az-ın məlumatına görə, millət vəkili şəhid atasına bildirib ki, onun oğlu və cəbhə yoldaşlarının fədakarlığı sayəsində torpaqlarımız Ermənistanın işğalından azad olunub, xalqımızın 30 illik həsrətinə son qoyulub:

 

"Oğlunuz Zülfüqar Vətən Müharibəsində cəsarətlə iştirak edib, canını canından əziz tutduğu Vətənimiz uğrunda fəda edib. Oğlunuz Azərbaycan Prezidentinin 15 dekabr 2020-ci il tarixli Sərəncamı ilə “Vətən uğrunda” medalı ilə təltif edilib. Bu medal oğlunuza, respublikamızın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarında iştirakı və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyinə görə verilib. Bu gün onunla yalnız siz valideynlər, ailə üzvləri deyil, bütünlüklə qədirbilən xalqımız fəxr edir. Tanrıdan bütün şəhidlərimizə rəhmət diləyirik! Şəhidlərimizin qanı yerdə qalmayıb. Azərbaycan tarixi zəfər qazanıb. Bu zəfər münasibəti ilə təbriki ən çox haqq edən insanlar Siz şəhid valideynlərisiz. Əziz şəhid atası, Sizi düşmən üzərində qələbə münasibəti ilə bir daha təbrik edir, Yeni təqvim ili münasibəti ilə ən xoş diləklərimi yetirirəm"!

 

Q.Pasayeva şəhid atasına Mədəniyyət komitəsi adından Məktub və üzərində "Şuşa Azərbaycandır!" yazılmış qol saatı təqdim edib.

 

 

***

 

Milli Məclisin Mədəniyyət komitəsinin sədri Qənirə Paşayeva Abşeron rayon, Mehdiabad qəsəbə sakini, şəhid mayor Ramid Nəriman oğlu Hacıyevin (11.02.1987, Cəbrayıl – 16.10.2020, Tərtər) həyat yoldaşı Sevinc Hacıyeva ilə də görüşüb.

 

Qənirə Paşayeva şəhid mayorun xanımını işğalçı düşmən üzərində tarixi qələbə münasibətilə təbrik edib, ürək sözlərini bölüşüb:

 

“Əziz Sevinc xanım, Siz, Vətən uğrunda mərdliklə döyüşərək öz canını fəda etmiş hərbçimizin xanımısız. İşğalçı düşmən üzərində qələbə münasibətilə təbriki ən çox Siz şəhid alilərinin üzvləri haqq edirsiz. Biz Sizə çox minnətdarıq! Qəhrəman zabitimizin ruhu qarşısında dərin ehtiramla baş əyirik! Ramid Hacıyev kimi əsgərlərimizlə hər zaman qürur duyacağıq! Onun və cəbhə yoldaşlarının qəhrəmanlığı sayəsində torpaqlarımız Ermənistanın işğalından azad olunub, xalqımızın 30 illik torpaq həsrətinə son qoyulub. Ulu Tanrıya çox şükürlər olsun, şəhidlərimizin qanı yerdə qalmayıb. Qəhrəman zabitimiz doğma Cəbrayılın, digər yaşayış məntəqələrimizin azadlığını gördü. Azərbaycan tarixi zəfər qazandı. Sizi tarixi zəfər münasibəti ilə bir daha təbrik edirəm”!

 

Q.Paşayeva “Qarabağ” Ordenli şəhid mayorun xanımına tarixi zəfər münasibətilə Milli Məclisin Mədəniyyət Komitəsi adından Məktub, üzərinə “Şuşa Azərbaycandır!” yazılmış qol saatı təqdim edib.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Müharibədə İLK YAŞANDI - Ərdoğan Putinlə Zelenskini görüşdürəcək