Modern.az

Planetimizdə kütləvi qırğın mərhələsi başlayıb

Planetimizdə kütləvi qırğın mərhələsi başlayıb

16 Yanvar 2021, 09:35

Yer planeti sayca altıncı kütləvi qırğın mərhələsinə qədəm qoyub.

 

Modern.az xəbər verir ki, bu barədə "Frontiers in Conservation Science" elmi jurnalında dərc edilən məqalədə məlumat verilib.

 

Bildirilir ki, məqalənin hazırlanmasında dünyanın 17 aparıcı ekoloq və iqlimşünası iştirak edib. Onlar son illərdə ən qabaqcıl universitetlərin alimləri tərəfindən yazılmış 150-dən artıq elmi işi təhlil edərək, ümumi nəticəyə gəliblər.

 

Məlum olub ki, Yerdə ətraf mühitlə bağlı vəziyyət əvvəllər ehtimal olunduğundan daha sürətlə pisləşir. Alimlər güman edirlər ki, növbəti onilliklərdə planetimizdə yaşayan canlıların 20%-dən çoxu nəslinin kəsilmə təhlükəsi ilə üzləşəcək.

 

"Yer sakinlərini dəhşətli kütləvi qırğın gözləyir. İqlim dəyişiklikləri insanların da səhhətinin korlanması ilə nəticələnəcək", -deyə məqalədə qeyd olunur.

Sizə yeni x var
Keçid et
İranda Pezeşkian və türklər təhqir edildi