Modern.az

Ukrayna Azərbaycanı “qırmızı zona”dan çıxardı

Ukrayna Azərbaycanı “qırmızı zona”dan çıxardı

16 Yanvar 2021, 10:24

Ukraynanın Səhiyyə Nazirliyi 100 min əhaliyə düşən aktiv koronavirus hadisələrinin sayının göstəricilərini nəzərə alaraq “qırmızı” və “yaşıl” zonalardakı ölkələrin siyahısını yeniləyib.

 

Modern.az xəbər verir ki, Ukrayna “qırmızı zona”dakı ölkələrin siyahısını 66-ya endirib. Bu, əvvəlki siyahıdan 12 dəfə azdır.

 

Azərbaycan daxil olmaqla Türkiyə, Moldova, Bosniya, Ermənistan, İordaniya, Beliz, Bolqarıstan, Norveç, Surinam, Paraqvay, Dominik Respublikası və İran “qırmızı zona” ölkələri siyahısından çıxarılıb.

 

 

Sizə yeni x var
Keçid et
İranda Pezeşkian və türklər təhqir edildi