Bu gün XXX London Yay Olimpiya oyunlarında daha bir medal qazanmaq şansımız var. Modern.az-ın məlumatına görə, Azərbaycan kanoeçiləri - Sergey Bezuqlıy - Maksim Prokopenko dueti final mərhələsində mübarizəyə qoşulacaq.
İdmançılarımız 2 nəfərlik qayıqla (C-2) 1000 metr məsafəyə final yürüşündə qüvvəsini sınayacaqlar. Start xəttinə 4-cü yürüş zolağında çıxacaq kanoeçilərimiz Ruminiya, Çexiya, Rusiya, Almaniya, Çin, Belarus və Kuba cütlükləri ilə mübarizə aparacaqlar. Final yarışına Bakı vaxtı ilə saat 13:30-da start veriləcək.