Modern.az

Deputat: “Daha bu məsələdən danışmaq istəmirəm”

Deputat: “Daha bu məsələdən danışmaq istəmirəm”

9 Avqust 2012, 12:31

Dünən qəzet yayımı ilə məşğul olan “Qasid” firmasının daha bir köşkü götürülüb. Bununla da firmanın götürülən köşklərinin sayı 72-yə çatıb. Köşklərin yığışdırılmasına qəzetlərin bir çoxundan etiraz gəlib. Baş redaktorlar deyirlər ki, qəzetlər indiyi kimi “Qasid” firmasının köşklərində daha çox satılırdı. Belə desək, bu firmanın köşkləri ən çox qəzet satan obyektlər idi. Götürülən köşklərin yerinə isə "Press-kiosk" köşkləri qoyulur. Həmin köşklərdə isə qəzetlərin satışına az yer verilir. Onların qiymətləri isə yerindən asılı olaraq dəyişir. “Qasid” firmasına məxsus köşklərin yığışdırılması onun iflasa doğru getməsi kimi qiymətləndirilir. Modern.az-ın əməkdaşı bu məsələ ilə əlaqədar “Qasid” firmasının rəhbəri, deputat Mirkazım Kazımovdan münasibət öyrənməyə çalışıb. M.Kazımov isə bu məsələ haqqında susmağı daha üstün tutub. Sadəcə bunu deyib: “Daha bu məsələyə münasibət bildirmək istəmirəm”

Anar Kəlbiyev  
Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
3 ölkə Rusiyaya qarşı birləşdi