Modern.az

Tağı Əhmədov: “Sizin kimi ayrı bir işim yoxdur ki, onların dalınca düşəm”

Tağı Əhmədov: “Sizin kimi ayrı bir işim yoxdur ki, onların dalınca düşəm”

9 Avqust 2012, 12:41

İddiaçı Metropoliten rəisindən hər ay 2000 manat istəyir

Bakı Metropoliteninin rəisi Tağı Əhmədov məhkəməyə verilməsi ilə bağlı yayılan xəbərlərə aydınlıq gətirib. Metropoliten rəisi Modern.az-a bildirib ki, onu Apelyasiya Məhkəməsinə çağırmayıblar və bu barədə də heç bir məlumatı yoxdur:
“Mən heç nə bilmirəm. Sizin kimi ayrı bir işim yoxdur  ki, onların dalınca düşəm. Apelyasiya Məhkəməsini də bilmirəm, qərarını da bilmirəm, bir onu bilirəm ki, mən dövlətin işini görürəm. Apelyasiya Məhkəməsinə isə məni çağırmayıblar”.
Paytaxt sakininə kompensasiyanın verilməsinə gəlincə, isə T. Əhmədov qeyd  edib ki, apelyasiya məhkəməsinin qərarından sonra məsələ bəlli olacaq: “Buna Apelyasiya məhkəməsi bir qərar çıxardar, sonra baxarıq. İndi isə  heç nə bilmirəm, heç nə deyə bilmərəm?” – deyə metropoliten rəisi bildirib.

Qeyd edək ki, Bakı Metropoliteninin rəisi T. Əhmədov paytaxt sakini Nuriyeva Böyükxanım Qasım qızı tərəfindən məhkəməyə verilib. Buna səbəb yeni metro tikintisi ilə bağlı əmlakı talan edilən sakinə bu günədək nə kompensasiya, nə də vurulmuş zərər ödənilməsi olub.

Bakı Apelyasiya Məhkəməsindən daxil olan xəbərə görə, Tağı Əhmədova qarşı paytaxt sakinin iddiasına əvvəlcə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəmədə baxılsa da, Metropoliten rəisi buradan qalib çıxıb. İddiaçı Nuriyeva Böyükxanım Qasım qızı Bakı Metropoliteninin rəisi Tağı Əhmədovdan hər ay 2000 manat məbləğində kompensasiya və 16.000 manat məbləğində dəymiş maddi ziyanın tutulmasında qəti qərarlıdır. Ona görə də o, birinci məhkəmə instansiyasının qətnaməsindən apelyasiya şikayəti verib.

Nihadə Eyyubova

Telegram
Hadisələri anında izləyin!
Keçid et
3 ölkə Rusiyaya qarşı birləşdi