Bu gün səhərə yaxın Gürcüstanda zəlzələ baş verib.
Modern.az 24News.ge-yə istinadla xəbər verir ki, bu barədə Milli Seysmik Monitorinq Mərkəzi məlumat yayıb.
Mərkəzin verdiyi məlumata əsasən, yeraltı təkanlar Tbilisi vaxtlı ilə saat 03:39 radələrində qeydə alınıb. Zəlzələnin episentri Tsalka rayonundan 16 km cənub-qərbdə yerləşən Məmişlər kəndi olduğu bildirilir.
Yeraltı təkanın gücü 3.0 bal maqnitudada qeydə alınıb. Qeyd edək ki, bu kənddə etnik azərbaycanlılar yaşayır.