“Azərcell”in Ramazan reklamı dillərə düşüb. Haqqında bu qədər danışdıran reklam ona görə maraqlıdır ki, burada tanınmış sima deyil, geniş tanınmayan şəxsdir – xalçaçı-rəssam Aydın Rəcəbli.
“Reklamlarda daha çox aktyorlardan istifadə olunsa da, bu dəfə fərqli oldu”, – deyə Aydın Rəcəbli
Modern.az-a bildirib. Reklam lövhəsində əks olunmasına çox şad olduğunu bildirən A. Rəcəbli təklifin təsadüfi olduğunu deyib. Lövhədəki uşağın nəvəsi olduğunu qeyd edən rəssam bildirib ki, nəvəsi “Ramazanın bərəkət payı” adlı reklam üçün təşkil olunmuş müsabiqəyə qatılıb. Uşaqlar arasından seçilən nəvənin babasına da “Azərcell”in kampaniyasında iştirak etmək təklifi gəlib.
A. Rəcəbli əvvəlcə təklifi qəbul etmək istəməsə də, Ramazanla bağlı olduğu üçün onu qəbul edib.
Xatırladaq ki, “Azərcell” reklamında Ramazan ayında abonentlərə “3 dəqiqəyə 5 qəpik danışırsan” məzmunlu elan yer alıb.
Məltəm Talıbzadə