Bir ay öncə Azərbaycan və Ermənistan KİV rəhbərlərinin Moskvada görüşü keçrilmişdi. Bu görüşə Azərbaycan tərəfindən ancaq bəzi rusdilli media nümayəndəsinin çağrılması birmənalı qrşılanmamışdı. Bu görüşdə iştirak edən “Gun.az” saytının baş redaktoru Elnur Baimov bir müddət əvvəl Modern.az saytına verdiyi müshibədə “bu görüşü təşkil edənlər tədbir barədə mənə bir neçə gün əvvəl demişdilər. Səfirimiz Polad Bülbüloğlu zəng vurub, məni məlumatlandırdı” deyə qeyd etmişdi.
Maraqlıdır, səfir Polad Bülbüloğlunun seçiminə digər media rəhbərlərinin münasibəti necədir?
Məsələ ilə bağlı
Modern.az media qurumlarının fikirlərini öyrənməyə çalışıb.
APA-nın baş direktoru Vüsalə Mahirqızı: “Ümumiyyətlə dəvət olunmadığmız tədbirdə iştirak etmək marağımız da yoxdur. Rusdilli və çoxdilli medianın dəvət olunmasını tamamilə normal hesab edirəm, çünki Ermənistan mediası ilə müqayisə olunduqda və burada söhbət informasiya müharibəsində iştirak etməkdən gedirsə, əlbəttə həmin tədbirə çoxdilli medianın dəvət olunması daha məqsədə uyğundur. Amma Azərbaycanın ən çoxdilli media qurumlarından biri APA-dır. APA-ya dəvət gəlməyib, bunu da səfir edibsə, mən bundan çox təəsüflənirəm”.
“Xalq cəbhəsi” qəzetinin baş redaktoru Elçin Mirzəbəyli ümumiyyətlə ermənilərlə hər hansı bir görüşün keçrilməsinin tərəfdarı olmadığını deyib.
“Çünki belə görüşləri mənasız hesab edirəm və düşünürəm ki, belə görüşlər ermənilərin maraqlarına xidmət edir. Bu görüşlər nə üçün keçirilir? Azərbaycan və Ermənistan KİV-ləri arasında düşmən münasibəti aradan götürmək üçün? Ermənilər bizim torpaqları işğal ediblər və təbii ki istəyərlər biz onlara qarşı loyal münasibət bəsləyək. Bizim torpaqlarımız isə işğal olunub və nə qədər ki işğala son qoyulmayıb, düşmənə düşmən kimi də yanaşmaq lazımdır”.
“Ayna-Zerkalo” qəzetinin baş redaktoru Elçin Şıxlı bildirib ki, Azərbaycandilli mətbuatın nümayəndələrinin böyük əksəriyyəti rus dilində danışa bilmirlər, siyasi mübahisə müstəvisindəki söhbətlər çərçivəsində passiv olurlar. “Getsələr hansı dildə danışacaqlar və nə edəcəklər? Söhbət bundan da gedir. Ümumi dünyagörüşü məsləsi var. Mən heç də demək istərmirəm ki, rusdilli mətbuatın rəhbərləri Azərbaycandilli mətbuatın rəhbərlərindən nədəsə üstündürlər. Sadəcə olaraq, onlar dili bilirlər. Erməni tərfədən dəvət olanlar da bəlkə belədir, çünki mən bir çox erməni jurnalisti tanıyıram ki, onlar öz dillərində danışırlar.
Biz tərfədn ora gedən jurnalistləri tanıyıram. Amma niyə məhz onların seçilməsindən xəbərim yox idi. Və o zaman fikrimi demişdim ki, həmin görüşə aparılan adamlar Azərbaycan mediasını təmsil edə bilməz. Çünki Azərbaycanda onların çəkisi bütün medianı təmsil etmyə çatmır” - deyə Elçin Şıxlı qeyd edib.
Aytən ƏLİYEVA