Dünən qəzet yayımı ilə məşğul olan “Qasid” firmasının daha bir köşkü götürülüb. Bununla da firmanın götürülən köşklərinin sayı 72-yə çatıb.
Baş verənlər həm qəzet redaktorların etirazına səbəb olur, həm də cəmiyyət tərəfindən mətbuatın yayımın qarşısının alınması kimi qiymətləndirilir. Belə ki, yeni “Press kiosk” köşkləri mətbuatdan daha çox ticarət yönümlüdür.
Modern.az-a açıqlamasında deputat
Aqil Abbas “Qasid” firmasının köşklərinin yığılmasını mətbuatın yayımın qarşısının alınması kimi qiymətləndirməyib. Onun sözlərinə sözlərinə görə, əgər elə olsaydı, o zaman yeni köşklər qoyulmazdı.
Onun həmkarı
Fazil Mustafa isə bu addımın mətbuatın yayımı ilə bağlı çətinlik yaratmaq məqsədi güddüyünü deyib.
““Qasid” eləcə, digər köşklərin qalmasının nə ziyanı var? Onsuz da internetə girən girir, informasiyanı oradan alırlar... Mətbuatın, print-medianın bu cür sıxışdırılmasının, məncə mənası yoxdur”. F.Mustafa bunu səhv addım adlandırıb. “Məncə, qan çıxmayan yeri qaşımaqla qan çıxartmaqla məşğul olurlar. Onsuz da ölkədə medianın vəziyyəti ilə bağlı ittihamlar çoxdur. Bunun müqabilində əlavə ittiham nəyə lazımdır?!” – deyə F. Mustafa qeyd edib.
Sevinc İltifatqızı